PROFİPAN

 Fayla bax...

Məhsul haqqında: Gips əsaslı xüsusi əlavələri olan aralıq doldurucusu gipskarton tavaların arasındakı boşluqların doldurulmasında istifadə edilir. AZS 046-2000 standartının tələblərinə uyğundur.

Təyinatı: Binaların divar və tavanında, gipskarton lövhələrin aralıqlarının doldurulmasında və həmçinin gips aralıq doldurucusu tələb olunan digər daxili məkanlarda istifadə olunur. Qarışığın narınlığı və optimal tərkibi aralığın tam dolmasına şərait yaradır və elastik xüsusiyyətə malik olduğu üçün çat vermir.

Səthin hazırlanması: Səth toz, çirk, yad cisimlər və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. 

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Qarışığın hazırlanması: 10 kq qarışıq 6.5-7 l suya səpilərək tökülür 4-5 dəqiqə gözlədikdən sonra mexaniki qarışdırıcı və ya əl ilə bircinsli məhlul alınana qədər qarışdırılır.

Qarışığın istifadəsi: Qarışıq səthə iki mərhələdə tətbiq olunur. Birinci mərhələdə hazır qarışıq gips lövhələrin birləşmə aralıqlarına tətbiq olunur və bərkidikdən sonra həmin aralığın üzərinə gips lövhələr üçün torşəkilli bant yapışdırılır. İkinci mərhələdə isə hazır məhsul qarışığı vurulmuş gips lövhə bantının üzərinə 10 sm enində tətbiq olunur. Qarışıq bərkidikdən sonra üzərindən gips əsaslı üzlük suvaq qarışığı tətbiq olunur.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi

İstifadə temperaturu

+5°C - +35°C

Qarışma nisbəti

7 L suуа 10 kq məhsul

Sıxılmada möhkəmlik həddi, ən azı
1 N/mm2
İstifadə müddəti, ən azı 80 dəq
Quruma müddəti, ən azı 1 gün