Korporativ Sosial Məsuliyyət "Fortis Group"un fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Şirkət insanları yüksək standartlara cavab verən məhsullarla təmin etməklə yanaşı, həm də Korporativ Sosial Məsuliyyət öhdəliyi olaraq hər bir yeni layihəsi ilə cəmiyyətimizə dəyər qatır. Məhz Korporativ sosial məsuliyyət layihəsi olaraq ərsəyə gələn “Fortis Academy” şəhid, qazi, sosial təminatı zəif ailələrin övladlarına ödənişsiz təhsil vermək məqsədilə yaradılıb və uğurlu nəticələrlə fəaliyyətini davam etdirir.