"Fortis Group"un istehsal etdiyi bütün məhsullar çoxmərhələli yoxlama və nəzarət sistemindən keçərək istehlakçıların istifadəsinə verilir. Bütün məhsullara şirkətin daxilində fəaliyyət göstərən akkreditasiya olunmuş “Mərkəzi Sınaq Laboratoriyası” nəzarət edir. Sınaq laboratoriyası AZS ISO/IEC 17025 standartının tələblərinə uyğun olaraq daxil olan xammal və materialların, həmçinin istehsal olunan və qablaşdırılan məhsulların fiziki, kimyəvi, mineraloji analizlərini aparır və texnoloji prosesə tam nəzarət edir. Laboratoriya aparılan sınaqların yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün müasir tələblərə cavab verən texniki vasitələrlə və kimyəvi reaktivlərlə təmin edilib və mütəmadi şəkildə yenilənir.