KARTONPİYER ULTRA GİPSİ

 Fayla bax...

Məhsul haqqında: Kartonpiyer Ultra gips inşaat materialları sənayesində ən mühüm yapışdırıcılardan biri kimi geniş istifadə olunur. ГОСТ 125-79 standartının tələblərinə uyğunudur.

Təyinatı: Əsasən dekorativ işlərdə, quru qarışıqların hazırlanmasında, qəliblərin, tökmə məhlullarının (lepka), memarlıq işlərinin aparılmasında Ultra gips əvəzsiz materialdır.

Səthin hazırlanması: Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir.

Qarışığın hazırlanması: Təmiz bir qaba məhsulun miqdarına uyğun su tökülür. Giper ultra gipsi su üzərinə səpilir (7 l suya 10 kq gipsi). Gipsin su ilə tam qarışması üçün 2-3 dəqiqə gözlənilir. Homogen bir qarışıq əldə etmək üçün mexaniki bir qarışdırıcı ilə qarışdırılmalıdır. Bərkimə müddəti 15-25 dəqiqədir.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

Qarışığın istifadəsi: Hazırlanmış gips məhlulu əvvəlcədən qəlib yağı ilə yağlanmış müxtəlif formalı qəliblərə tökülür. Qəliblərin gips məhlulu ilə tam dolmasına və boşluq qalmamasına diqqət yetirilir. Qəlibdən çıxarılan gipsin qırılmaması üçün birinci qat gips töküldükdən sonra şüşə lif səpələnir, sonra ikinci qat gips tökülür və üzəri suvanır. Qəlib tam doldurulduqdan sonra bərkiməyə buraxılır. 25 dəqiqə ərzində məhlul bərkiyir. Bərkidikdən sonra gips qəlibdən çıxarılır və düz səthə qoyulur. Səthin düzlüyünə fikir verilməlidir, əks halda çatlar əmələ gələ bilər. Gipsdən hazırlanmış lepka və poduqaların montaj işindən əvvəl tamamilə quruması məsləhətdir. Mühit çox quru və isti olarsa montaj edilməmişdən əvvəl səth nəmləndirilməlidir.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi

İstifadə temperaturu

+5°C - +35°C

100 mm ələkdə qalıq

0.05 %

Əyilmədə möhkəmlik həddi,ən azı 2.0 N/mm2
Sıxılmada möhkəmlik həddi, ən azı 5 N/mm2