AZBENTONIT UNIVERSAL SEMENT

 Fayla bax...

Təyinatı: Beton, dəmir-beton, suvaq, hörgü və digər sement əsaslı qarışıqların hazırlanmasında istifadə olunur. AZS 411-2010 standartının tələblərinə uyğundur.

Səthin hazırlanması: Suvaq və hörgü işləri görülməzdən əvvəl səth tozdan və yad cisimlərdən təmizlənməlidir.

İstifadə qaydaları: Sement doldurucularla birlikdə yaxşıca qarışdırılır, sonra üzərinə lazımi miqdarda su əlavə edib təkrarən intensiv surətdə qarışdırılır. Suyun miqdarı qumun və çınqılın nəmliyindən asılı olaraq əlavə edilir.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.

Təhlükəsizlik qaydaları: Sementlə işlədikdə qoruyucu əlcəkdən istifadə olunmalıdır. Gözə və nəfəs yollarına sementin düşməsi yol verilməzdir. Gözə və ələ dəydikdə su ilə yaxşıca yuyulmalıdır.

Saxlama şəraiti və müddəti: Sement istehsalçının qablaşdırdığı kisələrdə, taxta və ya oxşar altlıqlarda, 1.8 m hündürlüyə qədər, qalaq şəklində bağlı və quru yerdə saxlanılmalıdır. Saxlanma müddəti istehsal tarixindən sonra 60 gündür.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Tövsiyyə olunan beton qatqısı:

Sementin markası: CEM II/B-L32.5 R

Betonun markası  Sement Qum Çınqıl
В 15 (М100)  1 6 4.4
В 20 (М 250)  1 5 3.8
В 22.5 (М300) 1 4 3.4