AZBENTONIT STANDART SEMENT

 Fayla bax...

Təyinatı: Daxili və xarici suvaq, hörgü və digər işlər üçün qarışıqların hazırlanmasında istifadə olunur. AZS411-2010 standartının tələblərinə uyğundur.

Səthin hazırlanması: Daxili və xarici suvaq və hörgü işləri görülməzdən əvvəl səth tozdan və yad cisimlərdən təmizlənməlidir. 

İstifadə qaydaları: Sement doldurucularla birlikdə yaxşıca qarışdırılır, sonra üzərinə lazımi miqdarda su əlavə edib təkrarən intensiv surətdə qarışdırılır. Suyun miqdarı qumun və çınqılın nəmliyindən asılı olaraq əlavə edilir.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərin təmiz olmasına diqqət edin.

Saxlama şəraiti və müddəti: Sement istehsalçının qablaşdırdığı kisələr də taxta və ya oxşar altlıqlarda, 1.8 m hündürlüyə qədər bağlı və quru yerdə saxlanılmalıdır. Saxlanma müddəti istehsal tarixindən sonra 60 gündür.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Tövsiyə olunan beton qatqısı:

Sement markası: CEM II/B-L32.5 R

Qarışıq nisbəti  Sement Qum Su
M50 1 1.5 Tələb olunan axıcılığa görə
M75 1 4 Tələb olunan axıcılığa görə
M100 1 2.5 Tələb olunan axıcılığa görə