DEKOSTONE FASAD SUVAĞI

 Fayla bax...

Məhsul haqqında: Ağ sement əsaslı, kimyəvi qatqılarla zənginləşdirilmiş quru fasad qarışığı adi kərpic və daşlardan, beton bloklardan və s. hörülmüş xarici səthlərin hamarlanması və bəzədilməsi üçün istifadə olunur. Dekostone suvağı asan hazırlanması, səthə yüksək ilişkənliyi və bərkiyəndən sonra yüksək möhkəmliyi ilə fərqlənir. Qarışığın tərkibində xüsusi hidrofob və polimer əlavələrin olması örtüyün suya və müxtəlif mənşəli titrəmələrə davamlılığını artırır. AZS 039-2000 standartının tələblərinə uyğundur.

Təyinatı: XPS, EPS, mineral yun və sement ilə üzlənmiş binaların fasadında və daxili məkanlarında dekorativ görünüş yaratmaq üçün istifadə olunur.

Üstünlükləri:

•quru qarışıq geniş rəng spektrində hazırlana bilər

•memar və dizaynerlərə geniş fantaziya imkanıverir

•işin sürəti 2-3 dəfə artır

•su hopma 1,5 dəfə azalır

əyilmədə və sıxılmada möhkəmlik həddi 2 dəfə artır.

Səthin hazırlanması: Səth toz, çirk, yağ, bitium ləkələri və boya örtüyündən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım olan halda təmir edilməlidir. Yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır.

Qarışığın hazırlanması: 10 kq DEKOSTONE məhsuluna 1,4-1,8 litr su əlavə edib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. Quru qarışıq 5-20 mm qalınlıqda vurula bilər.

Qeyd: İstifadə olunan suyun, qabın və alətlərintəmiz olmasına diqqət edin.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Texniki Xüsusiyyətləri

Rəngi

Təbii aqlay rəngi və digər rənglər

İstifadə temperaturu

+5°C - +35°C

Qarışıq məhlulun istifadə müddəti, ən azı

1.5 -2 saat

Sərfiyyat 5-10 mm qalınlıqda

7-17 kq/m2

Bərkimə müddəti

24 saat

Yapışma müqaviməti

1,0 N/mm2

7 gündən sonra Möhkəmlik həddi-əyilmədə/sıxılmada

3 N/mm2

15 N/mm2