GİPER BİRBAŞA ASTAR

 Fayla bax...

Məhsul haqqında: Təbii gips və perlit əsaslı suvaq qarışığı kərpic, mişar daşı, beton və s. materiallarla hörülmüş divarların suvanmasında istifadə edilir. ГОСТ 31377-2008 standartının tələblərinə uyğundur.

Təyinatı: Səs və istilik izolyasiyasına malik, tərkibi kimyəvi əlavələrlə zəngin birbaşa astar suvağı kərpic və ya mişar daşı ilə hörülmüş divarların üzərinə birbaşa çəkilir və sement-qum suvağını əvəz edir.

Səthin hazırlanması: Gips əsaslı suvaq çəkilməzdən öncə səth toz, çirk və başqa yapışmağa mane olan yad cisimlərdən təmizlənməlidir. Səthin möhkəmliyi yoxlanılmalı, lazım gələrsə təmir edilməlidir. İsti hava şəraitində bəzi səthlərin (kərpic, mişar daşı ) su hopma qabiliyyətinin artdığını nəzərə alaraq suvaq çəkilməzdən öncə səth binder və ya su ilə yaxşıca yuyulmalıdır. Qəlibdən çıxmış şümal beton səthlərdə yapışmanı artırmaq üçün“Giper Kontakt” və ya digər hamar beton səthləri nahamarlayan məhsullardan istifadə etmək lazımdır.

Qarışığın hazırlanması: Təmiz qaba 5-6 l su töküb, üzərinə 10 kq məhsul əlavə edib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

İstifadə qaydası: Məhsul mala vasitəsi ilə səthə çəkilir və hamarlanır.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə “Fortis Group” MMC məsuliyyət daşımır.

Rəngi

İstifadə temperaturu

+5°C -+35°C

Qarışma nisbəti

5-6 l suуа 10 kq məhsul

Çəkilmə qalınlığı 7-30 mm
İstifadə müddəti, ən azı 60 dəq
Quruma müddəti, ən azı 3 gün
5mm qalınlıqda material sərfi 4-5 kq/m2
Sıxılmada möhkəmlik həddi, ən azı 2.5 N/mm2