GİPER ÜZLÜK

 Fayla bax...

Məhsul haqqında: Geniş istifadə sahəsinə malik, xüsusi qatqılarla zənginləşdirilmiş son qat dekorativ gips əsaslı yüksək keyfiyyətli üzlük suvağıdır. ГОСТ 31-2000 standartının tələblərinə uyğundur.  

Təyinatı: Daxili divar və tavanların, suvaq və astar məhsulu çəkilmiş səthlərin boya, divar kağızı və dekorasiya işləri üçün hazırlanması, həmçinin gipskarton lövhələrin üzərinə və arasındakı boşluqların doldurulması üçün istifadə olunur.

Səthin hazırlanması: Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmaya mane olan bütün qalıqlardan təmizlənməlidir. Yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır.

Qarışığın hazırlanması: Təmiz qaba 6-7 l su töküb, üzərinə 10 kq məhsul səpilir, bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

İstifadə qaydası: Üzlük məhsulu şpatelin vasitəsi ilə səthə çəkilir və hamarlanır. Quruduqdan sonra ideal səth almaq üçün səthdə nahamarlıq yaradan çıxıntılar sumbata kağızı ilə cilalanır.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığılmaqla 6 ay saxlanıla bilər.

Xəbərdalıq: Göstərilən təlimatdan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə "Fortis Group" MMC məsuliyyət daşımır. 

Rəngi

İstifadə temperaturu

+5°C -+35°C

Qarışma nisbəti

6-7 l  suуа 10 kq məhsul

Çəkilmə qalınlığı 0.5-3 mm
İstifadə müddəti, ən azı 60 dəq
Quruma müddəti, ən azı 2 gün
1 mm qalınlığa material sərfi 1-1.2 kq/m2
Sıxılmada möhkəmlik həddi, ən azı 2.5 N/mm2