GİPER ASTAR

 Fayla bax...

Məhsul haqqında: Gips və perlit əsaslı, tərkibi xüsusi qatqılarla zənginləşdirilmiş yüksək keyfiyyətli astar suvağıdır. ГОСТ 31-2000 standartının tələblərinə uyğundur.

Təyinatı: Daxili səthlərdə beton, kərpic divar və tavanların, sement və qum qarışığı ilə suvaq çəkilmiş səthlərin hamarlanması üçün istifadə olunur.

Səthin hazırlanması: Səth quru və möhkəm olmalı, toz, çirk, yad cisimlər və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. Yapışmanı yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl səth binder və ya su ilə yuyulmalıdır. Qəlibdən çıxmış şümal beton səthlərdə yapışmanı artırmaq üçün “Giper Kontakt” və ya digər hamar beton səthləri nahamarlayan məhsullardan istifadə etmək lazımdır.

Qarışığın hazırlanması: Təmiz qaba 5-6 l su töküb, üzərinə 10 kq məhsul əlavə edib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.

Qeyd: İstifadə edilən suyun, qabın və alətlərin təmiz olmasına diqqət yetirin.

İstifadə qaydası: Astar məhsulu mala vasitəsi ilə səthə çəkilir və hamarlanır.

Saxlanma şəraiti və müddəti: Məhsul quru və təmiz yerdə, döşəməyə toxunmamaq şərti ilə taxta və ya oxşar altlıqlarda bir-birinin üzərinə ən çox 10 ədəd yığmaqla 6 ay saxlanıla bilər.

Xəbərdarlıq: Göstərilən təlimatlardan kənar istifadə halları zamanı baş verə biləcək hər hansı problemə görə "Fortis Group" MMC məsuliyyət daşımır.

Rəngi

İstifadə temperaturu

+5°C - +35°C

Qarışma nisbəti

5-6 l suуа 10 kq məhsul

Çəkilmə qalınlığı 5-8 mm
İstifadə müddəti, ən azı 60 dəq
Quruma müddəti, ən azı 2 gün
5 mm qalınlıqda material sərfi   4-5 kq/m
Sıxılmada möhkəmlik həddi, ən azı 2.5 N/mm2